Ekonomiks 10:02 12.11.2014

Qızıldan hazırlanmış "Putinfon" telefonları - FOTO/VİDEO


“Caviar” zərgərlik brendi “iPhone 6” və “iPhone 6 Plus” əsasında hazırlanmış qızıl “Putinfon”un yeni versiyasını nümayiş etdirib.

Texnobaz.com-un verdiyi xəbərə görə, “Supremo Putin II” qurğularının yeni məhsul seriyasında qızıl və titan “iPhone 6”, həmçinin “iPhone 6 Plus” smartfonunun titan versiyası təqdim edilib.

“Caviar Supremo Putin II” qızılı smartfonu onunla fərqlənir ki, Rusiya prezidentinin portreti barelyef şəklində hazırlanıb. Həmçinin qurğunun arxa qapağında Rusiyanın gerbi yerləşdirilib, aşağı hissədə isə dövlət himninin sətirlərindən ibarət lövhəcik bərkidilib.

Qızılı “iPhone 6” 2800 AZN, titan versiya isə 2200 AZN-dir. Təkmilləşdirilmiş “iPhone 6 Plus” 2450 AZN təşkil edir.

Qaynar.info