Foto 13:49 30.07.2018

Qızları erməni “avtoritet”i doğrayaraq öldürdü (FOTOLAR)

Moskvada cinayətkar aləmdə tanınan 57 yaşlı erməni etnik qrupunun nümyəndəsi Mixail Xaçaturyan qızları Angelina, Kristina və Mariya xaçaturyanlar tərəfindən doğranaraq, qətlə yetirilib.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, bu məlumatı Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi yayıb.

Bildirilib ki, yaşayış binasının girişində boğazı və döş qəfəsində çoxsaylı deşilmiş-kəsilmiş yaralar olan kişi meyiti aşkarlanıb. Növbəti gün onun 17, 18 və 19 yaşlı qızları şübhəli şəxs qismində tutulublar.

Qızları ataları tərəfindən daim psxoloji işgəncəyə məruz qaldıqlarını bildiriblər.

Axtarış zamanı Mixail Xaçaturyanın yaşadığı evdən çoxlu sayda silah-sursat, narkotik maddə aşkarlanıb. Mixail Xaçaturyan heç yerdə işləməyib. Qonşular deyib ki, "xilas etdiyi” naməlum adam hər ay ona 200 min rubl (3 min dollar) pul gətirirmiş.