Foto 18:20 14.12.2017

Qızları itlərlə evləndirir, əri ölənləri yandırırlar (FOTOLAR)

22-dən artıq dilin danışıldığı Hindistan zəngin mədəniyyətilə yanaşı, qəribə ənənələri ilə də məşhurdur. Bu ənənələrdən bəzilərini təqdim edirik.

Qanq çayına girmək



Qanq çayı hinduların müqəddəs saydıqları yerlərdən biridir. Bu çayı Tanrıça Qanqa adlandırırlar və orda çiməndikdən sonra günahlarının yuyulduğunu düşünürlər. Bundan başqa ölülərini çayın sahilində yandırıb küllərini suya ataraq onların ruhlarını azad etdiklərinə inanırlar.

İnəklərin müqəddəsliyi 



Hindular inəkləri müqəddəs hesab edir. O qədər müqəddəs hesab edirlər ki, kənardan onların inəklərə sitayiş etdiyinə inana bilərsiniz. Əslində isə Krişna dediləri tanrılarının inəyin vücudunda olduğunu düşünürlər. Bu səbəbdən inəklərə əsla zərər vermirlər, ətini yemirlər.

Hindistan küçələrində inəklər sərbəst gəzə bilir. Hətta bizim müqəddəs kitablara əl basaraq and içdiyimiz kimi onlar da inəyin quyruğundan tutaraq and içirlər. Müqəddəs saydıqları inəyin sidiyi ilə təmizlənəcəklərinə inanım, hətta heyvanın nəcisini alınlarına sürürlər. 

Maraqlıdır, bir nəfər yanlışlıqla inəyə zərər verərsə və ya öldürərsə, nə baş verər? Həmin şəxsə 6-12 aralığında çimmək, təmizlənmək, saqqalını və qırnaqlarını qırxmaq qadağan etdirilir. İnəyə zərər verən şəxs sosial və iş həyatını davam etdirə bilməz. 

İntihar məsələsi



Hindistanda intihar günah sayılmır, əksinə təqdir edilən bir əməl hesab olunur. İntihar edəcək adam 3 gün oruc tutur. Sonra isə necə intihar etmək istəyirsə - suda bğulmaq, ac qalmaq, odda yanmaq, qatarın önünə atılmaq və s. seçib arzusunu gerçəkləşdirir. 

Başqa bir ənənə yaşlı və ya xəstə insanlar üçün nəzərdə tutulub. Həmin insana gözəl paltarları geyindirilərək Qanq çayının qabarma-çəkilmə yaşandığı hissəsinə aparıb qoyurlar. Sular yüksəldikcə həmin adamı içinə çəkir və həyatına son qoyur. Sular yüksəlmədən həmin insan özünə gəlib intihardan qaçarsa, hər kəsin önündə şərəfini itirər və heç kimi onu qəbul etməz. Küçələrdə aclıqdan ölər

Çox ərli qadınlar



Hindistanda ingilis işğalına qədər qadınların birdən artıq əri ola bilirdi. Əksər qardaşlar eynt qadınla evlənirdi. Bu gün bu ənənə çox qalmasa da, bəzi ucar bölgələrdə hələ də qadınların birdən artıq əri ola bilir.

Qızları itlərlə evləndirirlər



Hindistanda 7 yaşına çatan qızları itlərlə evləndirirlər. Bu yolla qızın evlənənə qədər it tərəfindən qorunacağına inanırlar.

Drahoma ənənəsi



Drahoma başlıq pulunun tam tərsidir. Hindistanda evlənərkən oğlan tərəfi yox, qız tərəfi başlıq pulu verir. Bu səbəbdən ailələr qız uşaqlarının olmamasını istəyirlər.

İlan oynatma ənənəsi



Kasıb əhalinin pul qazanmaq üçün başlağdığı ilan oynatmaq işi qısa müddətdə Hindistanın simvoluna və adətinə çevirilib. İndi ölkənin hər yerində ilan oynadan bir şindistanlı görmək olar.

Sati ənənəsi



Türk ürpədən başqa bir ənənə Sadi deyilən ənənədir. Bu ənənəyə görə əri ölüb dul qalan qadınlar ya özü, ya da başqası tərəfindən benzin tökülərək yandırılır. Bu şəkildə qadının günahlarından təmizlənib, ərinin yanına getdiyini düşünürlər.

Qurbağaların evləndirilməsi



Hindistandakı absurd ənənələrdən biri də qurbağaların evləndirilməsidir. Bunu Yağış tanrısının istəyi ilə etdiklərini düşünürlər.

Holi festivalı



Hindistandakı festivallardan ən çılğını, ən əyləncəlisi Holi festivalı hesab olunur. Bu festivalda hər kəs bir-birinə rəngli boyalar atır, gənc və yaşlılar bir yerdə əylənir. Hindistanlılar bu ənənə ilə baharın gəlişini qeyd edib, xüsusən yaşlıları əyləndirib, onları yalnızlıqdan qurtarmağa və bahar yorğunluğunu üzərilərindən atmağa çalışırlar. 

Aydın