Foto 16:10 04.11.2017

Qlobal istiləşmə bu şəhərlərin su altında qalmasına səbəb olacaq

Qlobal istiləşmə 2100-cü ilə qədər Şanxay, İsgəndəriyyə, Rio, Osaka, Mayami kimi şəhərlərin su altında qalmasına səbəb olacaq.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "Climate Central" adlı təşkilat dəniz səviyyəsinin 2 metr yüksələcəyini və yarım milyard insanın yaşadığı ərazinin su altında qalacağını bildirir. Qlobal istiləşmədən ən çox əziyyət çəkənlər isə Asiya şəhərləri olacaq. 

Təşkilatın dəniz səviyyəsi və təsirləri məsələsi üzrə sədr köməkçisi Ben Straus bildirib ki, əgər temperatur 4 dərəcə artsa, bir çox şəhər, abidələr, xüsusilə sahil bölgəsində yerləşən ərazilər su altında qalacaq. 

Paris iqlim razılaşmasına əsasən ölkələr qlobal istiləşmənin 2100-cü ilə qədər 1,5-2 dərəcə olmasına çalışırlar, lakin proqnozlar istiləşmənin 3 dərəcə olacağını göstərir. 

Dəniz səviyyəsinin yüksəlməsi Şanxayda 17,5 milyon, Hon Konqda 7, Osakada 5,2, İngəndəriyyədə 3, Mayamidə 2,7, Rio de Janeyroda 1,8 milyon insanın həyatına təsir göstərəcək. 

Gülşən
Qaynarinfo.Az