Dünya 11:52 19.02.2019

"Qlobal istiləşmə" termininin müəllifi vəfat etdi

"Qlobal istiləşmə" termininin müəllifi hesab edilən geoloq və klimatoloq Uales Broker 88 yaşında vəfat edib.

Qaynarinfo Assoşieyted Press-ə istinadən xəbər verir ki, məşhur alim Nyu-Yorkda müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişib.

Uoles Broker 29 noyabr 1931-ci ildə Çikaqoda doğulub. Kolumbiya Universitetini bitirən Broker Ətraf Mühit fənnindən dərs deyib. O, karyerası ərzində 500-dən çox məqalə və 14 kitab yazıb. O, 1975-ci ildə ilk dəfə "qlobal istiləşmə" terminini məqalələrinin birində işlədib və onu populyarlaşdırıb.