Video 15:03 23.01.2020

“Qloriya” İspaniyada on nəfərin canını aldı, itkin düşənlər var (VİDEO)

İspaniyanın bir neçə bölgəsində güclü külək, qar və yağış on nəfərin ölümünə səbəb olub. 

Qaynarinfo xəbər verir ki, bu haqda "El Mundo” nəşri məlumat verib. Bildirilir ki, bundan başqa, 25 yaşlı Böyük Britaniya vətəndaşı da daxil olmaqla daha dörd nəfər itkin düşüb.

Məlumata görə, bu fırtına uzun illər ərzində ispaniyada qeydə alınan ən güclü fırtınadır. Bu təbiət hadisəsi yolların və limanların bağlanmasına, məktəblərdə dərslərin ləğvinə və bəzi yaşayış məntəqələrinin boşaldılmasına səbəb olub. Ümumiyyətlə, hava tədricən yaxşılaşmağa başlasa da, ölkənin bəzi yerlərində fırtına xəbərdarlığı hələ də davam edir.