Ölkə 15:35 21.05.2014

QMİ-dən Ramazan ayı açıqlaması

28 iyun ilk niyyət axşamı, 29 iyun isə Ramazan ayının birinci günüdür

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) müqəddəs Ramazan ayının başlanma tarixi ilə bağlı açıqlama veriblər. 

QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov ANS PRESS-ə açıqlamasında 28 iyun tarixinin ilk niyyət axşamı olduğunu söyləyib. O, bildirib ki, 29 iyun tarixi isə Ramazan ayının birinci günüdür: “Bu tarix bir gün qabağa da çəkilə bilər. Bu təxmini təqvimdir. Hər şey ayın görünməsindən aslı olacaq”.

Müqəddəs Payızov Qurban bayramının qeyd olunma tarixindən də danışıb: “Ramaza ayı 28 iyunda başlayarsa Qurban bayramı 4 oktyabr tarixinə düşəcək. Əgər Ramazan ayı iyunun 29-da başlayarsa, onda Qurban bayramı 5 oktyabr tarixində qeyd olunacaq”. 

Qaynar.info