Texnologiya 10:29 07.02.2018

Qocalara robotlar baxacaq

Yaponiyada 2020-ci ilə qədər qocaların qayğısına qalmaq üçün 80% hallarda robotlardan istifadə ediləcək.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, sadə iş prinsipinə sahib robotlar 2025-ci ilə qədər qocalara məişətdə kömək edən 370 min dayəni əvəzləyəcəklər. Bu cihazlar yaşlıların yataqdan qalxmasına, əlil arabasına oturmalarına və duş qəbul etməllərinə kömək edə biləcək. Bu tip robotların istehsalı üçün artıq iş prosesinə start verilib. 

Yaponiya Milli İnkişaf Sənayesi Elmi və Milli Texnologiya İnstitutunun Robot İnkişafı Bölməsinin rəhbəri Hirohisa Hirukava layihə ilə bağlı açıqlama verərək robotların insanları əvəzləyə bilməyəcəyini, lakin həyatı asanlaşdıra biləcəyini deyib. 

Hirukava həmçinin qeyd edib ki, hazırda ölkədə yalnızca 8% yaşlı şəxs robotların köməyindən istifadə edir. Rəqəmin belə aşağı olmasının əsas səbəbi insanların robotlardan emosional qayğı tələb etmələri və onların bu qarşılığı vermək qabiliyyətinin olmamasıdır.

Gülşən