Ölkə 15:57 31.10.2017

"Qoca"ya yardım edən taksi sürücüsü də həbs olundu

Məhbusların qaçmasına görə daha bir nəfər həbs edilib.

"Qaynarinfo" APA-ya istinadən xəbər verir ki, tutulan şəxs Hacıyev Məhəmməd Famil oğludur.

Nəsimi Rayon Məhkəməsində hakim Pərviz Hüseynovun sədrliyi ilə keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 304.2.1-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, iş üzrə daha iki nəfər - Günay Atakişiyeva və müğənni Fədayə Laçın barəsində də həbs qətimkan tədbiri seçilib.

Taksi xidməti göstərən M. Hacıyev G. Atakişiyeva ilə birlikdə məhbus Etibar Məmmədovun qaçmasına yardım göstərməkdə təqsirli bilinir.

Qaynarinfo.Az