İdman 11:10 17.11.2017

Qol.az "doqquzluğa" vurdu

Qol.az saytı 9 yaşını qeyd edir.

2008-ci ilin 17 noyabrında fəaliyyətə başlayan Qol.az yarandığı gündən futbolsevərlərin sevimli xəbər saytına çevirilib. İlk gündən eksklüziv xəbərləri, maraqlı müsahibləri, ölkənin tanınmış köşə yazarlarının yazıları ilə oxucularının görüşünə gələn Qol.az 9 ildə öz yoluna sadiq qalıb və oxucusunun, futbol azarkeşinin maraqlarına xidmət edib.

"Qaynarinfo" Qol.az-ın kollektivini təbrik edir, onlara daha böyük uğurlar arzulayır.
 
Qaynarinfo.Az