Qondarma respublika Dəməşqdə səfirlik açır

Qondarma respublika Dəməşqdə səfirlik açır

Tanınmamış Cənubi Osetiya Respublikasının Suriyanın paytaxtı Dəməşqdə səfirliyi fəaliyyətə başlayacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin XİN başçısı Dmitri Medoyev məlumat verib. 

Cənubi Osetiyanın onun müstəqilliyini tanıyan Nikaraqua, Venesuela, Abxaziyada səfirliyi, Türkiyə və Braziliyada isə ofisi fəaliyyət göstərir.

Qeyd edək ki, Cənubi Osetiya və Abxaziya 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən Gürcüstanın nəzarətindən çıxıb. Rusiya 2008-ci ilin 26 avqustunda hər iki bölgəni müstəqil ölkə kimi tanıyıb. Bir çox dövlət Cənubi Osetiya və Abxaziyanı Gürcüstan ərazisi kimi qəbul edir.

Gülşən

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR