Dünya 12:56 13.04.2018

Qorxulu virus 330 nəfərin həyatına son qoydu

Braziliyada qorxulu epidemiya yayılıb, 330 nəfər dünyasını dəyişib. 

Qaynarinfo xəbər verir ki, Braziliyanın Səhiyyə Nazirliyi iyul ayından etibarən ölkədə yayılan "Sarı Humma" epidemiyası nəticəsində ölənlərin sayının 330-a çatdığını bildirib. 

Nazirlikdən verilən açıqlamada "Sarı Humma" virusuna son bir ildə 1127 nəfərin tutulduğunu, 1119 nəfərin isə analizlərinin aparıldığı deyilib.

Epidemiyanın ən çox can aldığı bölgə Minas Gerais olub. Bölgədə 152 nəfər ölüb, 480 nəfər müalicə alır.
 
Braziliya hökuməti 2 ildir davam edən epidemiyaya qarşı mart ayında bütün vətəndaşların peyvənd olunmasına qərar verib. 200 milyondan çox vətəndaşı olan ölkədə hər kəsin peyvənd olunması 2019-cu ilin aprel ayına kimi sürəcək. 
 
Nərmin Həsənli