Ölkə 10:10 12.09.2019

Qoşqar Təhməzli bölmə rəisini işdən çıxardı - Yeni təyinat

Qida Təhlükəsizliyi Agentliyində kadr dəyişikliyi olub.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Salyan regional bölməsinin rəisi Samid Ağayev tutduğu vəzifədən azad edilib. 

Həmin vəzifəyə Zaur Şirəliyev təyinat alıb.

Qeyd edək ki, Z.Şirəliyev bundan əvvəl Hacıqabul Aqrar İnkişaf Mərkəzinin Hüquq şöbəsində çalışıb.