Sağlamlıq 10:29 17.09.2017

Qozun müalicəvi faydaları (MƏSLƏHƏT)

Qozun müalicəvi əhəmiyyəti hələ qədim zamanlardan məlumdur. Bir kiloqram qoz ləpəsi 8500 kaloriyə malikdir. 

"Qaynarinfo" xəbər verir ki, kaloriliyinə və həzm olunmasına görə qoz ləpəsi ətdən hazırlanan yeməklərdən geri qalmır. İnsan orqanizminin gündəlik piyə olan ehtiyacını 20-25 ədəd qoz yeməklə təmin etmək olur. Ateroskleroz və diabet xəstəliklərində qoz ləpəsi yemək məsləhətdir. Qozun ləpəsindəki yağda linolen turşusu vardır ki, bu da qanın tərkibindəki xolestirini aşağı salır. Mədə turşusu çox olan xəstələr gündə 25-100 qram qoz ləpəsi yeməlidir. Həzmi yaxşılaşdırmaq və ağır xəstəliklərdən sonra qoz ləpəsi yemək faydalıdır. Qozun tərkibində ellagen turşusu vardır ki, bunun sayəsində də orqanizm xərçəng hüceyrələri ilə mübarizə apara bilər. 

Sizə xalq təbabətindən qoz tərkibli bir neçə resept təqdim edəcəyik: 

Ürək-damar və həzm sisteminin işini yaxşılaşdırmaq və cinsi fəallığı artırmaq üçün aşağıdakı reseptdən istifadə etmək məsləhət görülür: 200 qr qozun ləpəsi; 200 qr qaysı; 200 qr əncir; 200 qr qara gavalı; 200 qr kişmiş. Bütün bunları çox xırda doğrayıb qarışdırmaq (ət maşınından istifadə etmək məsləhət deyil). Bu gözəl dadlı dərmandan gündə 2 yemək qaşığı qatıqla içmək.

Qozun xırdalanmış ləpələri balla, südlə və ya qaymaqla üzülmüş (arıqlamış), qüvvədən düşmüş xəstələr üçün yüksək kalorili qida (ərzaq) məhsuludur. Bu tez sağalmaq, gümrahlığı və qabiliyyəti tez bərpa etməyə kömək edir. 1 stəkan xırdalanmış qoz ləpəsinə 2 stəkan qaymaq və ya süd töküb, ½ stəkan duru bal və ½ stəkan yulaf unu əlavə etmək. Bütün bunları çox yaxşı qarışdırmaq və yeməkdən 30 dəq qabaq gündə 3-5 dəfə 2/3 stəkan qəbul etmək lazımdır. 

Nərmin Həsənli 

Qaynarinfo.Az