Dünya 09:37 09.11.2018

Qrenlandiyada 7,1 bal gücündə zəlzələ

Qrenlandiyanın şərq sahillərində güclü zəlzələ meydana gəlib.

Qaynarinfo xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi təkanın gücünün 7,1 bal olduğunu açıqlayıb. Zəlzələnin mərkəzi "İttoqqortoormiit" yaşayış məntəqəsinin 407 km şərqidir. Təbiət hadisəsindən sonra Qrenlandiya dənizində güclü dalğalar müşahidə edilib, lakin sunami xəbərdarlığı edilməyib.

Gülşən