Siyasət 18:15 31.05.2013

“Qrup maraqlarımızı arxa plana keçirdik” (AÇIQLAMA)

Sülhəddin Əkbər: “Milli Şura hələ heç təsis olunmayıb”

“Müxalifətin birləşdirilməsi üçün çox çalışırdıq”. Bu sözləri Qaynar.info-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər deyib. 

Onun sözlərinə görə, ACP hazırda Milli Şuranı dəstəkləyir: “Bir tərəfdən müxalifətdəki qüvvələr də bu prosesə qoşuldular, digər tərəfdən bərabər əsaslar iştirak olmasa da, milli maraqları əsas götürüb, indiki şəraitdə müxalifətin geniş koalisiyasının yaradılması formatı kimi Milli Şuranı dəstəkləmək qərarı verdik. Yəni öz partiya, qrup maraqlarımızı arxa plana keçirdik”.

ACP sədri “Necə düşünürsünüz, Milli Şurada sona qədər təmsil oluna biləcəksinizmi” sualına belə cavab verib: “Milli Şurada sona qədər olacaqsınız, dağılacaq yoxsa yox? Bu nə yanaşmadı? Hələ yaranmayan bir qurum haqqında indidən belə fikirlər səsləndirilir. Hələ heç təsis olunmayıb. Sadəcə, siyasi qərar var. Bu nə münasibətdi, Azərbaycan jurnalistləri niyə bu cür düşünür?! Dəstək vermək, təbliğatını aparmaq əvəzinə yaranmamış bir qurumun dağılması haqqında fikir formalaşdırırlar. Biz Milli Şura ideyasını dəstəkləyirik”.


S.Əkbər ACP-dən Milli Şurada təmsil olunan üzvlərin sayını açıqlamayıb: “Siyahı çıxanda hər şey bəlli olacaq”.

İlkin
Qaynar.info