Dünya 12:07 09.02.2019

Quaydo Venesuelaya xarici hərbi müdaxiləni istisna etməyib

Özünü Venesuelanın müvəqqəti prezidenti elan etmiş Xuan Quaydo ölkəyə xarici hərbi müdaxiləni istisna etməyib.

Qaynarinfo xəbər verir ki, Qauydo jurnalistin ABŞ və digər ölkələrin hərbi müdaxiləsi barədə sualına mənfi cavab verməyib:
"Əlimizdən gələn hər şeyi edəcəyik. Bu, müzakirəyə səbəb olan mövzudur, lakin uşaqların ölməməsi, insanların həyatını xilas etmək, ölkəni idarə edilən vəziyyətə gətirib humanitar şəraitə müdaxilə edə bilmək üçün Milli Məclisin suverenliyi və səlahiyyətlərimizdən istifadə edəcəyik".

Qeyd edək ki, Nikolas Maduro Venesuela prezidentidir, lakin Quaydo özünü ölkənin müvəqqəti rəhbəri elan edib.

Gülşən