Ölkə 13:10 20.08.2013

Qubada jurnalistləri “girov” götürdülər - VİDEO

Quba və Xaçmaz rayonlarında qanunsuz işləyən 40-a yaxın ağac emalı sexləri fəaliyyət göstərir. 

“Qafqazinfo” xəbər verir ki, Xəzər TV və İnteraz televiziyasının əməkdaşları bununla bağlı reportaj hazırlamaq istəyiblər. Sexlərdə  istifadə olunan ağacların haradan alınmasını araşdırmaq üçün həmin sexlərin bir neçəsində olublar. Amma qızğın iş gedən ilk baş çəkdikləri müəssisədə sualları cavablandıran olmyıb. Qubanın Alpan kəndindəki yeşik sexində rəhbərlik “iş başında” olsa da, müsahibə əvəzinə jurnalistlərə rüşvət təklif etdi.

Ən maraqlı hadisə Qubanın Zərdabi kəndindəki sexdə baş verib. Sexin gözətçisi əraziyə daxil olan kimi jurnalistləri girov götürərək qapıları bağlayıb. Sonra isə operatora hücum edərək hətta kameranı sındırmağa belə cəhd edib.

Nəhayət Xaçmaz rayonun fəaliyyət göstərən sexlərin birində suala cavab verən olub. Sexin Elvin adlı işçisi ağacların meşədən gətirildiyini bildirib.

Qaynar.info