Ölkə 17:11 22.02.2019

Qubada məktəb binasında yanğın

Quba rayonunda məktəb binasında yanğın olub.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, hadisə rayonun H.Zərdabi qəsəbəsində yerləşən orta məktəb binasında baş verib.

Yanğın dərs vaxtında baş verdiyi üçün şagirdlər dərhal təxliyə edilib. 

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.