Foto 11:13 10.01.2019

Qubada ticarət mərkəzindəki yanğın söndürüldü (FOTO/VİDEO/YENİLƏNİB)

Quba rayonunda "Birja" ticarət mərkəzində baş verən yanğın söndürülüb. 

Qaynarinfo Report-a istinadən xəbər verir ki, hadisə yerinə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

İlkin məlumatlara görə, yanğın zamanı xəsarət alan olmayıb. Yanğın nəticəsində sahibkarlara dəymiş ziyan araşdırılır. 
 
***10.43 
Quba rayonunda "Birja" ticarət mərkəzində yanğın başlayıb. 

Qaynarinfo Report-a istinadən xəbər verir ki, rayon mərkəzində yerləşən ticarət mərkəzində hələlik məlum olmayan səbəblərdən yanğın olub. 

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğın zamanı 4-dən artıq mağaza yanıb.

Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin rəisi və rayon prokurorluğunun əməkdaşları gəlib.

Yanğının başvermə səbəbləri araşdırılır.