Ölkə 10:30 18.07.2013

Qubada yeznə qaynını bıçaqladı


Quba rayonunun Tülər kəndində bıçaqlanma faktı qeydə alınıb.

Trend xəbər verir ki, kənd sakini 24 yaşlı Mətləb Məhsimov bıçaq xəsarəti ilə Quba rayon Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Ona qarın nayihəsinin kəsilmiş-deşilmiş yarası dinaqnozu qoyulub və yaralı əməliyyat olunub. Tibb müəssisəsindən verilən məlumata görə, onun vəziyyəti ağırdır. Yara daxilə nüfuz etməsə də, xəstə çoxlu qan itirib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının apardığı araşdırma zamanı məlum olub ki, Mətləb Məhsimov yeznəsi, əmisi oğlu və həmkəndlisi olan 30 yaşlı Mürvət Məhsimov tərəfindən bıçaqlanıb. Belə ki, yeznəsinin bacısını döydüyünü eşidən Mətləb Məhsimov onlara gəlib. Bu zaman yeznəsi Mürvətlə aralarında mübahisə baş verib. Mühabisə sonradan daha da böyüyərək qanlı sonluqla nəticələnib. Yaxınlarının bildirdiyinə görə, qohumlar arasında tez-tez münaqişə olurmuş.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Mürvət Məhsimov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


Qaynar.info