Ölkə 10:17 22.09.2019

Qubaya qar yağdı (FOTO)

Azərbaycanın şimalındakı ucqar dağ kəndlərinə ilk qar yağıb

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, Qubanın dağlıq kəndlərinə qar yağıb.

Qarın hündürlüyü 5-8 santimetr olub. Xüsusəndə rayonun Söhüb, Rük, Buduq, Dalıqaya, Zıxır, Girdah və digər dağlıq kəndlərinə qar yağıb.

Qarın yağması təsərrüfatlara ziyan vurmasa da mal-qaranın çöldə otlamasına mane olub.