Ölkə 17:39 21.10.2019

Qüdrət Qurbanova “Şöhrət” ordeni verildi

Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Qüdrət Qəmbər oğlu Qurbanov "Şöhrət” ordeni ilə təltif edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Qüdrət Qurbanov Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktorudur. Oktyabrın 20-də onun 60 yaşı tamam olub.