Foto 12:05 10.12.2017

Qüdsdə toqquşmalar davam edir: 231 yaralı (FOTOLAR)

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra Şərqi Qüds, Qərbi Şəriə və Qəzzada fələstinlilər və İsrail qüvvələri arasında baş verən qarşıdurmalar davam edir.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, etirazçı fələstinlilər arasında yaralananların sayı 231 nəfərə çatıb.

Fələstin tərəfinin yaydığı məlumatda Şərqi Qüdsün Səlahəddin küçəsində 12, Qərbi Şəriədəki Ramallah, Beytullahim, Tulkərim və Nablus bölgəsi ilə Qəzza sərhəddində isə 219 fələstinlinin yaralandığı bildirilir. 

İsrail ordusunun paylaşdığı informasiyada isə İsrail qüvvələri ilə fələstinlilər arasında 20 fərqli ünvanda qarşıdurmanın yaşandığı qeyd olunub. Məlumatda təxminən 600 nəfər fələstinlinin İsrail əsgərlərinə daş atdığı və avtomobil təkərlərini yandırdıqları vurğulanıb. 

Bu günə qədər 13 fələstinli həbs edilib, 4 İsrail polisi isə yaralanıb.

Gülşən