Dünya 00:00 01.01.1982

Qüdsdəki Əl Əksa Vəqf və Mədəniyyət Mirası Qurumu İsrailin şəhər genişləndirilməsi adı altında Qüdsdəki ərəb və islam mədəni miraslarını oğurladığını bildirib.

Qaynar.info-nun məlumatına görə, Vəqf tərəfindən verilən açıqlamada UNESCO və tarixi ə

Qüdsdəki Əl Əksa Vəqf və Mədəniyyət Mirası Qurumu İsrailin şəhər genişləndirilməsi adı altında Qüdsdəki ərəb və islam mədəni miraslarını oğurladığını bildirib.

Qaynar.info-nun məlumatına görə, Vəqf tərəfindən verilən açıqlamada UNESCO və tarixi əsərlərlə maraqlanan qurumlardan İsrailin yeritdiyi tarixi əsər oğurlama əməliyyatını dayandırmaları istənilib.

"Qüds və Məscidi Əksanın ətrafı İsrailin apardığı Ərəb və İslam əsərlərinə qarşı təcavüzlərə məruz qalmaqdadır. İsrail şəhər genişləndirməsi adı altında Qüdsdəki İslam mədəniyyət abidələrini oğurlayır" deyilib.

Həmçinin, bildirilib ki, İsrail tarixi əsər sayılan bir daşı oğurlayaraq Qədim Əsərlər İdarəsi Rokfeller Muzeyinə aparılır. Orada tarixi əsərin üzərindəki ərəb-islam mədəniyyətinə aid iz silinərək yəhudilərə aid əsər kimi təqdim olunur.

Qaynar.info