Afrikada hər il quduzluq infeksiyası səbəbilə 20 min nəfər dünyasını dəyişir.

Qaynarinfo xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Afrika qitəsində hər il 20 mindən çox insan it və digər heyvanların dişləməsi nəticəsində quduzluq virusuna yoluxur. Onların əksəriyyəti ölümlə nəticələnir. Qitədə ən çox quduzluq Keniyada müşahidə edilir.

Qeyd edək ki, hər il dünyada quduzluqla mübarizə məqsədilə 8,6 milyard dollar pul xərclənir. 2030-cu ilə qədər bu virus nəticəsində baş verən ölümlərin aradan qaldırılması hədəflənir.

Gülşən