Ölkə 13:43 15.09.2019

Qulu Məhərrəmli: "Bu gün paytaxt günü elan olunmalıdır"

"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!”

Qaynarinfo xəbər verir ki, bunu tanınmış jurnalist, filologoya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli bildirib.

Professor bu günün tariximizdə son dərəcə mühüm əhəmiyyət kəsb etdiyinə toxunaraq dəyərli təkliflərini birdirib:

"Cümhuriyyət qurucularına, Rəsulzadəyə və Bakı fatehlərinə ABİDƏ qoyulmalıdır…

Bu gün həmin gündür: 28 MAYIN davamı, Bakınını işğaldan azad edilib, başla bədənin birləşdirildiyi tarixi gün. Bu tarixi yaradanları ehtiramla yad edirik…”