Ölkə 16:13 27.04.2013

Qumbara alveri edirmiş

Bakı şəhər sakini Ələkbər Mirzəyev qumbara və alışdırıcıları satarkən tutulub.

Qaynar.info-nun Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ələkbər Mirzəyev Yasamal rayonu ərazisində 3 ədəd qumbara və 2 ədəd alışdırıcını 300 manata satarkən tutulub.

Mirzəyevin evinə baxış zamanı əlavə 2 ədəd qumbara və 2 ədəd alışdırıcı aşkar edilərək götürülüb.

Qaynar.info