Sənət 18:32 04.09.2014

"... nömrəli kameradan olan Tanrı" - Oda Teatrında

Oda Teatrı sizləri 6 sentyabr saat 19:00-da "Apokalipsis" və ya "... nömrəli kameradan olan Tanrı" tamaşasına baxmağa dəvət edir. Hər kəsin marağına səbəb olacaq yeni tamaşanın biletlərinin qiyməti 3 AZN-dir.

Yerlər məhduddur. Tamaşanın prmyerasına 60 bilet satışa çıxarılıb.

Müəllif: Sien Eker

Aktyor: Niyaz İlyasoğlu

Rejissor: Hacıbaba Məmmədov

Musiqi Tərtibatı: Rauf Hüseynli

Tamaşadan sitatlar:

Sitat 1: “Deməli Allah da bizim kimi məhbusdur”

Sitat 2: “O da cansıxıcı həsrətdən, ağılını itirməmək üçün, necəsə sağ qalmaq üçün bizi yaratdı. Necə ki mən sizi yaratdım”

Ünvan: Əlövsət Quliyev 115 (fb.com/teatroda)

Əlaqə: 050 394 48 64, 070 219 83 33

Qaynar.info