Maqazin 11:15 18.07.2015

"13 yaşından dekolte libas geyinirəm" - Flora Kərimova

Xalq artisti Flora Kərimova gənc ifaçılara səslənib. Qaynar.info axşam.az-a istinadən xəbər verir ki, müğənni onları özlərini açıq-saçıq aparmaqda günahlandırıb:

“Qadın analıqda xoşbəxt olur. Əgər övladlar yaxşıdırsa, demək ana xoşbəxtdir. Hər tərəfdən sınaqdan keçdim: səsimlə, özümlə, şəxsiyyətimlə, hətta mənəviyyatıma da əl atdılar. Addım atanda övladlarımı düşünürəm ki, onlar məndən utanmasınlar. Hər kəsə də bunu məsləhət görürəm. Açıq-saçıq geyim başqadır, bu olar. Dekolte açıq-saçıq deyil. 13 yaşından dekolte libas geyinirəm. Əsas odur ki, özlərini açıq-saçıq aparmasınlar. Bura müsəlman ölkəsidir, Azərbaycandır, özlərini aparmağı bilsinlər”.

Qaynar.info