Ekonomiks 22:15 23.08.2013

"Ağıllı" qaşıq yaratdılar - YENİLİK

Amerikanın “Liftware Spoon” şirkəti Parkinson və bəzi başqa xəstəliklərdən əziyyət çəkən insanlar üçün nəzərdə tutulmuş “ağıllı” qaşıq hazırlayıb. 

Qurğu insan əlinin titrəməsini tarazlaşdırır və beləliklə, qaşıqda olan yeməyin sıçramasının qarşısını alır. Titrəmənin qarşısını alan sözügedən texnologiya ilk öncə hərbi məqsədlər üçün işlənib hazırlanıb.

ICTnews.az xəbər verir ki, “Liftware” qaşığı ona quraşdırılmış sensorların köməkliyi ilə daima istifadəçinin əl hərəkətlərini izləyir və qulpuna yerləşdirilmiş motorlar sayəsində öz vəziyyətini həm üfqi, həm də şaquli sabitləşdirir. Şirkət nümayəndələrinin sözlərinə görə, bu qaşıq cari ilin sentyabrında satışa çıxarılacaq.

Qaynar.info