Dünya 23:02 26.05.2013

"Alkoqolu yasaqlayanları Allaha tapşırıram"

Türkiyədə alkoqolun satışına qoyulan məhdudiyyətə ana müxalifət partiyasının millət vəkili qeyri-adi reaksiya verib. 

Yerli mətbuatın xəbərinə görə, CHP (Cümhuriyyət Xalq Partiyası) millət vəkili Vəli Ağbaba parlamentdəki çıxışında bəzi müqayisələr etdikdən sonra bu yasağı qoyanları Allaha tapşırıb.

“Mənə çox maraqlıdır. Uludərədə qətliam əmrini verən baş nazir alkoqollumu idi, Madımakı yandıranlar alkoqollumu idi, Reyhanlıda hücum əmrini verənlər alkoqollumu idi, Hrant Dinki öldürənlər alkoqollumu idi? Bu yasağı qoyanları Allaha tapşırıram”, – deyə CHP millət vəkili öz etirazını bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl parlamentdə qəbul edilən qərarla Türkiyədə alkoqollu içkilərin satışına bəzi məhdudiyyətlər qoyulub. (anspress)