Dünya 11:03 16.04.2013

"Amerikanı qorxmuş görməkdən məmnunuq"

ABŞ-ın Boston şəhərində baş vermiş terror aksiyası İordaniyadakı Sələfi Cihadçılar tərəfindən məmnuniyyətlə qarşılanıb. 

Qaynar.info-nun məlumatına görə, Sələfi Cihadçıların lideri Məhəmməd əl-Şelabi Bostonda baş verən partlayışdan sonra "Amerika qorxunu görməkdən xoşbəxtik" açıqlamasını verib. 

Associated Press agentliyinə açıqlama verən Məhəmməd əl-Şəlabi, "Amerikalılar ordularının Əfqanıstan və İraqın işğalında bizə yaşatdıqları acını yaşasınlar" deyib. 

Şəlabi verdiyi açıqlamasında baş verən partlayışla heç bir əlaqəsinin olmadığını da söyləyib. 

Qaynar.info