İdman 12:04 16.08.2013

"Anji" 11 oyunçunu transferə çıxardı

Rusiyanın "Anji" klubu 11 futbolçusunu transferə çıxarıb.

Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, artıq futbolçuların siyahısı məlumdur.

Həmin futbolçular bunlardır: Vladimir Qabulov, Kristofer Samba, Mubarak Busufa, İqor Denisov, Villian Borjes da Silva, Yuri Jırkov, Aleksey İonov, Lassana Diarra, Samuel EtO, Lasina Traore və Aleksandr Kokorin.

Mahaçqala təmsilçisinin sahibi Süleyman Kərimov kifayət qədər yüksək əmək haqqı alan əcnəbi futbolçuları komandadan uzaqlaşdırmaqla klubun büdcəsini azaltmağı planlaşdırır. Üstəlik bundan sonra "Anji"də yerli futbolçulara üstünlük veriləcək və komanda oyunlarını Mahaçqalada keçirəcək. Məhz bu səbəbdən "Anji" adı çəkilən 11 futbolçu ilə yollarını ayırmağı qərara alıb.

Qeyd edək ki, ilk öncə "Anji"nin düşərgəsini Oleq Şatov tərk edib. Futbolçu "Zenit"lə anlaşıb. Digər üç futbolçu İqor Denisov, Yuri Jırkov və Aleksandr Kokorin isə "Dinamo" (Moskva) klubuna transfer olunublar. 

Qaynar.info