Texnologiya 21:43 24.08.2017

"Apple"dan çox maraqlı iş elanı

ABŞ-ın təhlükəsizlik üzrə proqram icraçısı Zak Vayttek "Apple" şirkətinin saytına baxış zamanı gizli iş elanı tapıb. Bundan sonra elan saytdan çıxarılıb.


815 milyard dollarlıq bazar dəyəri olan dünyanın ən bahalı markası "Apple"da təcrübə keçmək hər mühəndisin ən böyük xəyalı olur. Şirkət web saytına xəyalını gerçəkləşdirmək istəyənlər üçün gizli iş elanı yerləşdirib. Proqramçı isə saytda baxış aparan zaman bu elanın fərqinə varıb. Vayttekin işə götürülüb-götürülmədiyi haqda bir məlumat olmasa da, elan artıq saytda yoxdur. 

Nərmin Həsənli

Qaynarinfo.Az