İdman 18:40 18.10.2013

"Araz"ın avrokuboklardakı rəqibləri müəyyənləşdi

Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsinin püşkü atılıb. 

Qol.Az-ın məlumatına görə, Azərbaycan çempionu “Araz” Portuqaliyanın “Sportinq”, Macarıstanın “Qyor Eto” və Hollandiyanın “Eyndhoven” komandaları ilə eyni qrupda yer alıb. 

Bu mərhələnin oyunları 19-24 noyabr tarixlərində keçiriləcək. "Araz"ın yer aldığı D qrupunun oyunları Portuqaliyada təşkil olunacaq.
 
D qrupu
“Sportinq” (Portuqaliya)
“Qyor Eto” (Macarıstan)
“Araz” (Azərbaycan)
“Eyndhoven” (Hollandiya)

Qaynar.info