İdman 11:05 15.06.2013

"Arsenal"ın prezidenti dəyişdi

İngiltərənin "Arsenal" klubunun yeni prezidenti müəyyənləşib.

"Goal.com"un verdiyi məlumata görə, səhhətində problemlər olduğu üçün klubdan ayrılma qərarı alan Piter Hill-Vudu Çips Kesvik əvəzləyib. Yeni prezident verdiyi ilk açıqlamada London klubunun rəhbəri olduğu üçün qürur hissi keçirdiyini deyib: "Klubun ən yaxşı uğurlar əldə etməsi üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, 77 yaşlı Hill-Vud 1982-ci ildən "Arsenal”ın prezidenti idi.

Qaynar.info