Siyasət 17:43 29.03.2013

"Arzu Abdullayeva öz heçliyini sübut edib" - CAVAB

“Onu beynəlxalq aləmə çıxaran mən olmuşam”

“Azərbaycan müxalifətin fəaliyyətini müsbət qiymətləndirirəm. Çünki çox zəifdirlər”.

Bunu Qaynar.info-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib. Partiya sədrinin sözlərinə görə, müxalifət partiyalarının zəifliyi seçkilərdə ASDP-nin qələbə çalmasına şərait yaradacaq: “Əgər prezident seçkilərində iştirakım qeydə alınsa, zəif müxalifət partiyaları ilə mübarizə aparmaq asan olacaq. Birlik məsələsinə gəldikdə isə deyim ki, deyilənlər hamısı  boş söhbətlərdir. Azərbaycanda nə birlik, nə də bloklaşma mədəniyyəti var”.

A.Əlizadə bildirib ki, ASDP seçkilərə ciddi hazılaşır: “Partiya üzvlərimizlə intensiv görüşlər keçiririk, məsləhətləşmələr aparırıq. Seçkilərdə iştirak etməyə qərar vermişik. ASDP-nin namizədini seçkilərə buraxmasalar, o zaman partiya üzvləri digər namizədlərə səs verməkdə azaddırlar”.

A.Əlizadə hüquq müdafiəçisi Arzu Abdullayevanın ASDP-ni fəaliyyətsizlikdə ittiham etməsinə də cavab verib: “Onu beynəlxalq aləmə çıxaran mən olmuşam. Bu mənim səhvim idi. O insan kimi özünün heçliyini sübut edib. Arzu Abdullayeva partiya üzvlərinin yekdil qərarı ilə partiyadan qovulub. İndi isə Azərbaycanda, dünyada gəzir və partiyanın fəaliyyətindən xəbər olmaya-olmaya gic-gic danışır. Onun fikirləri məni maraqlandırmır. Bir faktı deyim, almanlar Qarabağ məsələsi ilə bağlı təklif verəndə sərt qarşıladım. O isə bunu təbliğ etməyə başladı. “ANS” telekanalında veriliş zamanı telefon bağlantısında ona sual verdim ki, bəs, Qarabağı satmağın qiyməti nə qədərdir? Dedi ki, biz hələ bunu qiymətləndirməmişik. Bu insana münasinətim necə olar, bunu özünüz başa düşün”.

İlkin
Qaynar.info