İdman 22:39 10.06.2013

"Avropaya qayıtmağı düşünmürəm"

Braziliyanın "Atletiko Mineiro" klubunun futbolçusu Ronaldinyo gələcək karyerası haqda danışıb.

33 yaşlı oyunçu hazırkı klubunda özünü xoşbəxt hiss etdiyini və futbol həyatını öz ölkəsində davam etdirmək istədiyini deyib: "Avropaya geri dönməyi düşünmürəm. Hazırda tək hədəfim klubumun daha yaxşı uğurlar əldə etməsinə kömək etməkdir. Gələn təklifləri qəbul etmirəm.

Qeyd edək ki, Ronaldinyonu transfer etmək istəyən  klublar arasında  "Beşiktaş" da var./Qol.Az/