Ölkə 10:19 20.07.2013

"Azəriqaz"a 3 milyon manat ziyan dəydi

7925 istehlakçı isə abonent bazasında qeydiyyata alınıb”

"Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönələn tədbirlər uğurla davam etdirilir. 

ARDNŞ xəbər verir ki, bu sahədə görülən işlərin nəticəsidir ki, 2013-cü ilin ilk 6 ayı ərzində təbii qazdan istifadə qaydalarının pozulmasına görə ümumilikdə 15 077 istehlakçıdan 6 802 əhali və 350 qeyri-əhali abonentinin qaz təsərrüfatına müvafiq "qüsur aktı” tərtib olunub. 

O vaxta qədər təbii qazdan qeydiyyatsız istifadə edən 7 925 istehlakçı isə abonent bazasında qeydiyyata alınıb. Tərtib olunmuş "qüsur aktları” əsasında itirilmiş təbii qazın bərpası üzrə 3 milyon 094 min 313 manat dəyərində dəymiş ziyan hesablanıb.

Qaynar.info