İdman 11:13 22.07.2013

"Bakı" "Udineze"yə məğlub olmadı

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Bakı" klubu dünən növbəti yoldaşlıq oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, Milinko Pantiçin komandası İtaliyanın məşhur "Udineze" klubu ilə qarşılaşıb.

Bakı vaxtı ilə saat 21:15-də başlayan oyun 1:1 hesabı ilə başa çatıb. Təmsilçimin yeganə qolunu Cavid Hüseynov vurub.

21 iyul

Yoldaşlıq oyunu 

21:15. "Udineze" (İtaliya) - "Bakı" (Azərbaycan) - 1:1

Qol: Cavid Hüseynov

"Bakı": 1 Edin Nureddinoski, 2 Deividas Çesnauskis, 4 Agil Nəbiyev, 5 Georgias Pelageas, 6 Vadim Abdullayev, 8 Lukas Horvat, 10 Aleksandar Şoliç, 11 Rauf Əliyev, 12 Cavid Hüseynov, 15 Mindaugas Kalonas, 18 Yure Trauner

Qaynar.info