İdman 17:20 07.01.2014

"Barselona" Messini sata bilər


"Barselona" klubu 2015-ci ildə futbolçusu Lionel Messini sata bilər.

Qol.Az-ın "Oneworldsports.com"a istinadən verdiyi məlumata görə, bu barədə klubun prezidenti Sandro Rosell açıqlama verib.

Onun sözlərinə görə, Messini transfer etmək istəyən komandalar yüksək məbləğdən keçməli olacaqlar. Belə ki, 26 yaşlı futbolçunun təzminat qiyməti 200 milyon avro olaraq göstərilir.

Qeyd edək ki, klub rəhbərliyi bir müddət öncə əmək haqqının azlığından narazı qalan Messiyə yeni müqavilə təklif edib. Müqaviləyə əsasən Messi ilinə 21 milyon avro qazanacaq.

Xatırladaq ki, argentinalı futbolçu bu mövsüm çıxdığı 14 oyunda 14 qola imza atıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qaynar.info