İdman 15:00 23.07.2013

"Barselona"dan Fabreqasın satılması ilə bağlı açıqlama

İspaniyanın "Barselona" futbol komandasının prezidenti Sandro Rossel bildirib ki, Sesk Fabreqası satmaq niyyətləri yoxdur.

Trend-in verdiyi məlumata görə, Rossel bu barədə bəyanatı "Mançester Yunayted"in Fabreqası transfer etmək məsələsinə aydınlıq gətirmək üçün edib.

Məlumata görə, "Qırmızı şeytanlar" ispaniyalı yarımmüdafiəçinin keçidini təmin etmək üçün ödəyəcəkləri məbləği artırıblar və bu səbəbdən Rossel məsələyə müdaxilə etmək qərarına gəlib.

Qaynar.info