İdman 16:08 23.08.2013

"Barselona"nın futbolçusu əməliyyat olundu

"Barselona"nın futbolçusu İbrahim Afelley 4 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, hollandiyalı yarımmüdafiəçi ayağındakı zədə səbəbindən əməliyyat olunub.

Klubun rəsmi saytı futbolçunun 4 ay oyunlarda iştirak etməyəcəyini bildirib.

Qeyd edək ki, Afelley ötən mövsüm "Şalke"də icarə əsasında forma geyib.

Qaynar.info