İdman 16:44 22.01.2014

"Barselona"nın prezidenti istefa verir


"Barselona"nın prezidenti Sandro Rosell bu gün istefa verə bilər.

Qol.Az-ın xəbərinə görə, bu barədə Kataloniya klubu ilə yaxınlığı bilinən "Sport" qəzetinin jurnalisti Xavi Toress "RAC" radiosuna açıqlamasında deyib. O, S.Rosellin qarşıdakı saatlarda istefa verəcəyini bildirib.

Klub prezidentinin belə addım atmasına son vaxtlar haqqında yayılan korrupsiya iddiaları və keçmiş futbolçulara sahib çıxmadığı üçün tənqid olunması göstərilir.

Onun Pep Qvardiola ilə mübahisəsi və Erik Abidalı komandada saxlamaması narazılıqla qarşılanmışdı. Son olaraq Rosell Neymar transferində 40 milyon avro pul mənimsəməkdə günahlandırılır.

Qeyd edək ki, S.Rosell 2010-ci ildən "Barselona"nın prezidentidir.

Qaynar.info