İdman 10:48 25.01.2014

"Bavariya" tarix yazdı


Almaniya bundesliqasının 17-ci turunda "Borussiya"nı (Münhenqladbarx) məğlub edən "Bavariya" tarix yazıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, Münhem təmsilçisi bundesliqa tarixində ilk 17 matçın 15-ini qazanan birinci komanda olub.

Bu qələbə ilə "Bavariya" ölkə çempionatında ikinci pillədə olan "Bayer"lə xal fərqini 10-a yüksəldərək liderliyini daha da möhkəmləndirib.

Qeyd edək ki, "Borussiya" - "Bavariya" matçı qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qaynar.info