İdman 17:37 04.09.2013

"Bavariya"da ciddi itki

"Bavariya" klubunun daha bir futbolçusu sıradan çıxıb.

Qol.Az-ın "Eurosport.com"a istinadən verdiyi məlumata görə, UEFA Superkubokunda matçın uzatma dəqiqələrində qol vuraraq komandasını məğlubiyyətdən xilas edən Xavi Martinez əməliyyat olunub.

Ayağındakı bəzi ağrılardan şikayətləndiyindən Qvardiolanın tələbi ilə dünən əməliyyat olunan oyunçunun bir müddət forma geyinə bilməyəcəyi məlum olub. Bununla da, Münhen təmsilçisində yarımmüdafiədə oynayan zədəli futbolçuların sayı 4-ə çatıb. Bundan əvvəl Tiaqo Alkantara, Bastian Şvaynştager və Mario Qötze zədələnmişdi.

Yaranmış bu vəziyyət isə klubun çalışdırıcısı Qvardiolanı çətin vəziyyətə salıb. Belə ki, komandada zədəli olmayan yarımmüdafiəçi olaraq sadəcə Toni Kroos qalıb.

Qaynar.info