İdman 17:38 25.10.2013

"Bavariya"dan Messiyə fantastik təklif


Almaniyanın "Bayern Münih" klubu argentinalı ulduz Lionel Messiyə 250 milyon dollarlıq təklif göndərmək istədiyi bildirilib.

Qaynar.info
xəbər verir ki, bu barədə İspaniyada yayımlanan "Punto Pelota" idman verilişində məlumat verilib.

Verilişdə almanların Messiyə görə 250 milyon avrodan keçə biləcəkləri qeyd olunub.

Verilişdə Qvardiolanın istəyi ilə aparılan transfer müzakirələrində təklif olunan 250 milyonun yarısını "Adidas" firmasının ödəyəcəyi bildirilib.

"Bavariya"nın bu transferdə israrlı olduğu və ötən ilin yayından bununla bağlı danışıqlar apardığı da bildirilib.

Qaynar.info