İdman 11:52 11.01.2014

"Beşiktaş"dan "Qəbələ"yə rədd cavabı

"Qəbələ" "Beşiktaş"la yoldaşlıq oyunu keçirmək istəyib.

Fanat.az xəbər verir ki, Azərbaycan təmsilçisi bununla bağlı Super Liqa klubuna təklif göndərib. Lakin "Beşiktaş" rəhbərliyi "Qəbələ"yə mənfi cavab verib.

Qeyd edək ki, hazırda Antalyada təlim-məşq toplanışında olan hər iki komanda "Gloria Sereniti" otelində məskunlaşıb. Dünən "Maltepespor"la qarşılaşan (1:1) "Qəbələ" bundan sonra Türkiyədə "Tobol" (Qazaxıstan, 13 yanvar), "Konyaspor" (Türkiyə, 16 yanvar), "Spartak" (Qazaxıstan, 20 yanvar), "Volqa" (Rusiya, 22 yanvar) və "Torpedo" (Moskva, Rusiya, 25 yanvar) klubları ilə yoxlama oyunu keçirəcək.

Qaynar.info