Dünya 11:42 16.04.2013

"Bütün müsəlmanları öldürün!"

ABŞ-ın Fox TV kanalının jurnalisti Erik Ruşun "twitter"dən yazdığı mesajlar böyük qalmaqala səbəb olub. 

Qaynar.info-nun məlumatına görə, Bostonda baş verən partlayışdan sonra Ruş sosial şəbəkədə "Müsəlmanlar pisdir, hamısını öldürmək lazımdır" yazıb. 

Onun paylaşdığı bu mesaj bütün dünyada böyük narazılığa səbəb olub. 

Bu narazılıqların qarşısında geri çəkilməyən Ruş, onu tənqid edənlərə, "düşmənlərimiz tərəfindən beyni yuyulmuş axmaqların sayı inanılmaz dərəcədə çoxdur" cavabını verib. 

Qaynar.info